"Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı"

"Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı"
SİYASƏT
13:08 26.04.2022
577
"Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Ümummilli Lider Heydər Əliyev

Azərbaycanın tarixi torpaqları havadarlarının dəstəyi ilə erməni qəsbkarları tərəfindən 30 il işğal altında saxlanılırdı. Bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşmüş, öz doğmalarını itirmişdir. Milli-mənəvi sərvətlərimiz dağıdılıb, talan edilmiş, bir çox kəndlərimiz, qəsəbələrimiz tamamilə yer üzündən silinmişdir. ATƏT-in Minsk Qrupu, demək olar ki, tamamilə fəaliyyətsiz idi. Minsk Qrupunun qəbul etdiyi bəyanatlar yalnız kağız üzərində qalırdı. Erməni tərəfi bu bəyanatlara heç bir əhəmiyyət verməyərək yeni torpaq iddiasıyla təmas nöqtələrimizi durmadan atəşə tuturdu. 
Uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə yüksək səviyyədə təlim görmüş Milli Ordunun, qəhrəman, igid vətən oğullarının sayəsində doğma vətən torpaqlarımız işğaldan azad edildi. 

Bu Zəfərin qazanılmasında dünya azərbaycanlılarının da payı var idi.

Artıq Azərbaycan doğma Qarabağda, azad olunmuş Şuşada Dünya Azərbaycanlılarının Zəfər qurultayını keçirir. Dünya azərbaycanlılarının V-ci Qurultayının Zəfər Qurultayı adlandırılması da təsadüfi deyildir. Tarixi zəfərimizdən sonra bu ilk qurultaydır ki, dünya azərbaycanlıları doğma vətənlərinə toplaşır. Bu qurultayın isə məhz Şuşada keçirilməsi olduqca qürurvericidir. 

Sevimli Şuşa da qucağını açaraq illərlə görmədiyi doğmalarını ilıq hava ilə, hərarətlə, gül-çiçəklə qarşılayırdı. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

30 il gedən mənasız danışıqlara, kağız üzərində qalan bəyanatlara, qərarlara Azərbaycan 44 günlük müharibədə öz möhtəşəm Zəfəri ilə son qoydu. Beynəlxalq təşkilatların edə bilmədiyi və yaxud etmək istəmədiyi ədaləti bərpa etdi. Haqq öz yerini tutdu. Azərbaycan xalqı öz torpaqlarına sahib çıxdı. Beynəlxalq təşkilatlar Azərbaycan xalqını bu acı vəziyyətlə barışdırmaq üçün olduqca böyük səy göstərdi. Lakin bütün bu təziqlərə, haqsızlıqlara baxmayaraq, bu müddət ərzində xalqımız heç vaxt işğalla barışmaq fikrində olmayıb. Odur ki, Azərbaycan yalnız işğalçı Ermənistanla deyil, eyni zamanda onun himayədarları ilə də müharibə aparıb. 

Ali Baş Komandanımızın 2020-ci il sentyabr ayının 27-də xalqa müraciəti-çağırışı ilə bütün mərd, vətənpərvər Azərbaycan xalqı ayağa qalxaraq canını vətən üçün fəda etməyə hazır olduğunu bildirdi. Vətənpərvərlik ruhunda yetişən gənclərimiz vətən üçün şəhid olmağı özlərinə şərəf bilirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratmetrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gediş-gəliş çox rahat olacaq”.

Azad edilmiş torpaqlarımızda bu gün qlobal işlər gedir. Yollar, tunellər çəkilir, binalar, evlər tikilir, bu yerlərdən qaçqın, köçkün düşmüş soydaşlarımızın öz doğma dədə-baba yurdlarında rahat yaşamaları üçün hər bir şərait yaradılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağıdılmış Ağdamı xarici ekspetlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxardırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşizmi məhv etdik”.

Müharibədən əvvəlki dövrdə və müharibə vaxtı Azərbaycan Prezidenti dəfələrlə xarici mətbuatlara müsahibə verdi. Öz çıxışlarında cənab Prezidentimiz həqiqəti bütün dünyaya çatdırdı. 

Xalqımız bundan sonra da susmamalı, daim haqq səsini ucaltmalıdır. Bu haqq səsimizi bütün dünyaya çatdırmaq üçün dünya azərbaycanlıları da olduqca fəal olmalıdır. Düşmən çox hiyləgər və məkrlidir, odur ki, belə qonşu ilə həmişə ayıq-sayıq olmalıyıq.

Şəhla Ağbulud

"Abşeron” qəzetinin baş redaktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR