Dünya Bankı Parlament Şəbəkəsində Azərbaycanın təqdimatı keçirilib

İQTİSADİYYAT
12:52 21.04.2013
1995

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ceyhun Osmanlı Vaşinqtonda səfərdədir.

AZXEBER.COM-un məlumatına görə, səfər çərçivəsində millət vəkili Dünya Bankı, Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Konqresi Azərbaycanın ABŞ–dakı səfirliyində keçirilən görüşlərdə iştirak edib. 23-24 May tarixlərində Dünya Bankı Parlament Şəbəkəsinin 200 nəfərlik heyətinin Azərbaycana gözlənilən səfəri ilə bağlı Ceyhun Osmanlı şəbəkə üzvləri arasında Azərbaycanın təqdimatını keçirib. Azərbaycanın tarixi, mədəniyyəti, müasir vəziyyəti haqda sualları cavablandıran Ceyhun Osmanlı Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ailəsində fəal iştirakçı olduğunu və davamlı inkişaf sərgilədiyini qeyd edib. Xüsusilə Azərbaycanın son 20 ildə kasıb ölkədən orta gəlirli ölkəyə, daha sonra isə yuxarı orta gəlirli ölkəyə çevrilməsi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan bu il könüllü olaraq Beynəlxalq İnkişaf Agentliyinə (İDA) borclarını ödəyərək donor ölkəyə çevrilmək istiqamətində addım sərgiləyəcək. Eyni zamanda Beynəlxalq Maliyyə Korporasiyasına (İFC) olan yatırımlarla da Azərbaycan Dünya Bankı ailəsinin fəal tərəfdaş olduğunu sərgiləyir.

Qeyd etmək lazımdır ki, Dünya Bankı Parlamet Şəbəkəsinin illik iclası 23-24 May tarixlərində Bakıda keçirilməsi planlaşdırılır və iclasda qurumun idarə heyətinə seçkilər keçiriləcəkdir.

Eyni zamanda səfər çərçivəsində Ceyhun Osmanlı Vaşinqtonda təhsil alan Azərbaycanlı gənclərlə də görüşlər keçirib. Bununla yanaşı Azərbaycanın ABŞ-dakı səfirliyinin dəvəti ilə səfirlikdə Ramsfeld Fondu ilə bərabər keçirilən möhtəşəm tədbirə qatılan Ceyhun Osmanlı ABŞ-ın sabiq müdafiə naziri Donald Rumsfeldlə görüşüb, onunla Azərbaycanla bağlı söhbət etmək imkanı əldə edib və Donald Rumsfeld gözəl tədbir təşəbbüsünə görə öz təşəkkürünü bildirib, eyni zamanda Azərbaycan gənclərinin Ramsfeld Fondunun proqramında fəal iştirakından razı olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR