Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək
DÜNYA
18:59 12.04.2022
465
Dünya Bankı Ukraynada əhaliyə dövlət xidmətlərinin göstərilməsinə dəstək məqsədilə 1,5 milyard dollar məbləğində yardım ayırıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Dünya Bankının prezidenti Devid Melpas deyib.

O bildirib ki, qurumun donor ölkələri həmin məbləğin Ukraynaya təqdim olunmasına razılıq verib.

Bundan başqa, Moldova üçün də 100 milyon dollar məbləğində yardım nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR