Dünya çempionatı: Azərbaycanın həndbol yığmasının rəqibi bəlli olub

Dünya çempionatı: Azərbaycanın həndbol yığmasının rəqibi bəlli olub
İDMAN
19:15 29.06.2022
269
Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.

Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığma bu raundda Portuqaliya ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.
OXŞAR XƏBƏRLƏR