Azərbaycanın gənclərdən ibarət boks yığması noyabrın 25-də İrəvan şəhərində start götürəcək dünya çempionatında iştirak edəcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ermənistana 6 boksçu olmaqla 10 nəfərdən ibarət nümayəndə heyəti yola düşəcək.