23 yaşlı qız rusiyalı əlbəyaxa döyüş ustası Aleksandr Yemelyanenko tərəfindən zorlandığını iddia edib. Qız artıq Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi ilə müraciət edib. Bu barədə RİA Novosti məlumat yayıb.Məlumata görə, hadisə dünən Moskvadakı mənzillərdən birində baş verib. Artıq qızın və Yemelyanenkonun ifadələri alınıb.