Dünya əhalisinə qorxunc XƏBƏRDARLIQ

Dünya əhalisinə qorxunc XƏBƏRDARLIQ
DÜNYA
14:16 26.04.2023
283
İqlim dəyişikliyi artıq bir çox ölkədə temperaturun rekord qırmasına səbəb olsa da, elm adamları yaxın gələcəkdə vəziyyətin daha da pisləşəcəyi və dünyanın cəhənnəm istiləri yaşayacağı barədə xəbərdarlıq ediblər.

AZXEBER.COM xəbər verir ki, yeni bir araşdırma iqlim dəyişikliyinin təsiri ilə qarşıdakı illərdə bir çox ölkənin həddindən artıq istilər yaşayacağını və milyonlarla insanın ekstremal hava hadisələrindən təsirlənəcəyini ortaya qoyub.

Bristol Universitetinin alimlərinin araşdırmasına görə, bu əsrin sonuna qədər dünyada milyonlarla insan hava şəraitindən təsirlənəcək və həyatı təhlükə altına alacaq yandırıcı istilər olacaq. Rekord temperaturların milyonlarla insanın həyatını təhdid edəcəyinə diqqət çəkən ekspertlər, Əfqanıstan, Mərkəzi Amerika və Papua Yeni Qvineyanın isti böhranından ən çox təsirlənəcək bölgələr arasında olduğunu bildiriblər.

Xüsusilə kövrək və zəif səhiyyə sistemi olan ölkələrdə böhranın milyonlarla insanın ölümünə səbəb ola biləcəyi vurğulanıb. Bundan əlavə, iqlim böhranından təsirlənəcək ölkələrdə əhali artımının səhiyyə sistemlərini zəiflədəcəyi və ölümləri artıracağına dair xəbərdarlıq da araşdırmaya daxil edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR