Dünya Çempionatında məğlub olan Mbappenin bu hərəkəti diqqət çəkdi – FOTO

İDMAN
12:59 19.12.2022
2220

Xəbər verdiyimiz kimi, Argentina 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatının qalibi olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkəsinə qələbə qazandıra bilməyən Kilian Mbappenin matçın sonunda Fransa prezidenti Emmanuel Makrona münasibəti dünya ictimai rəyində böyük əks-səda yaradıb.

Qarşılaşmanı tribunada izləyən Fransa prezidenti Emmanuel Makron ölkəsinin finalda uduzmasından sonra futbolçulara təsəlli vermək üçün meydana daxil olub. Qarşılaşmaya 3 qolla damğasını vuran Mbappenin yanına gedən Makron ulduz futbolçuya nəsə deyib. Lakin Mbappe Makronun üzünə belə baxmayıb.

Mbappenin ona təsəlli vermək istəyən prezidentdən qaçması diqqət çəkib.

Mbappenin münasibəti və bədən dili Makronun meydanda olmasından narazılığı kimi şərh edilib.

Ayşən

 

 


OXŞAR XƏBƏRLƏR