Ümumdünya Ərzaq Proqramı (WFP) İsrailin Fələstin ərazilərini soyqırımla blokadasına alması səbəbindən Qəzza əhalisinin üçdə birinin bir neçə gündür qidasız qaldığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının Fövqəladə Hallara Hazırlıq və Cavab Departamentinin direktoru Ross Smith, "Qəzzada aclıq böhranı yeni və heyrətamiz çarəsizlik səviyyəsinə çatıb. Əhalinin üçdə biri bir neçə gün ardıcıl olaraq yemək yemir" deyə qeyd edib.
Ümumdünya Ərzaq Proqramının hesablamalarına görə, Qəzzada əhalinin dörddə biri aclığa bənzər şəraitlə üzləşib, 100 min qadın və uşaq isə kəskin qida çatışmazlığı ilə üzləşib.
Gülay