'Dünya ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır' - Avropalı parlamentari

Siyasət
16:15 30.10.2013
1292

Nə Birləşmiş Millətlər Təşkilatı, nə də ki, dünyanın əksər ölkələri Ermənistanın bir işğalçı dövlət kimi Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vayql Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab olaraq bildirib.

İ.Vayql deyib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozub və öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmalıdır: "Çox təəssüf ki, Ermənistan öz ərazisində hərbi bazaları olan Rusiya tərəfindən dəstəklənir. Həm Ermənistanın, həm də Rusiyanın davranışları yolverilməzdir və onlar bütün regionun sabitliyini pozurlar".

Avropalı parlamentarinin sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün əsas prioritetdir: "Əgər Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı ölkələrindən biri bu prinsipə əməl etmirsə, bu, bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu məsələ təcili şəkildə öz həllini tapmalı və adekvat qərarlar qəbul olunmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından deportasiyaya məruz qalan hər bir məcburi köçkün öz doğma yurduna qayıtmaq şansına sahib olmalıdır".

İ.Vayql vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlıq təkcə Qərbi Avropa ölkələrinin enerji ilə təmin olunması məsələsi ilə məhdudlaşmır:

"Azərbaycan regiondakı sabitliyin əsas qarantıdır. Bu səbəbdən də Aİ regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həll edilməsində maraqlıdır: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli əmək sərf edib. Lakin aydın məsələdir ki, bu problem təkcə diplomatik müstəvidə həll olunası bir məsələ deyil. Bu, nəzərəçarpacaq siyasi problemdir ki, Cənubi Qafqazda söz sahibi olan bütün dövlətlərin əməkdaşlığı sayəsində həll oluna bilər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA