16:18 şənbə, 24 Avqust 2019
İDMAN

Dünya klublarının transfer etmək istədiyi futbolçu "Qalatasaray"da

13:38, 19.07.20192013
Dünya klublarının transfer etmək istədiyi futbolçu

"Qalatasaray" "Fulhem"in futbolçusu Jan Mişel Serini icarəyə götürüb.

AZXEBER.COM-un klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündə icarə əsasında İstanbul təmsilçisində oynayacaq. O, yeni klubunda bir mövsüm üçün 2.8 milyon avro maaş alacaq. "Cim-Bom" "Fulhem"ə 1.5 milyon avro icarə haqqı ödəyəcək.

 

Qeyd edək ki, "Qalatasaray" növbəti mövsümün sonu 18 milyon avro verərək Serini birdəfəlik ala bilər.

XƏBƏR LENTİ