Dünya Kubokunun 7-ci günü: məğlub tailandlı qızlar qalib ukraynalıların bayrağı rəngində bant taxdılar - FOTO

Dünya Kubokunun 7-ci günü: məğlub tailandlı qızlar qalib ukraynalıların bayrağı rəngində bant taxdılar - FOTO
İDMAN
14:02 04.06.2022
218

Bakıda atıcılıq üzrə davam edən Dünya Kuboku geniş auditoriya qazanıb. Təkcə Beynəlxalq Atıcılıq İdman Federasiyasının saytındakı canlı yayımın ötən bir həftədə 80 min izləməsi olub. Bundan əlavə, yarışlar peyk vasitəsilə dünyanın bir sıra ölkələrinin telekanallarında canlı yayımlanır.

İyunun 4-də 25 metr məsafəyə tapançadan atəş üzrə qadınlar arasında komanda yarışında Ukrayna komandası tailandlıları 17:11 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Final yarışına Ukraynanın bayrağı rənglərində bantla çıxan tailandlı qızların hərəkəti isə hər kəsi kövrəldib.

"Bakıda Ukraynanın himnini eşitmək hər nə qədər sevincli olsa da, mənim üçün bir o qədər ağır idi. Dövlətimin himni çalınanda Vətənimdə yaşananlar gözlərimin qarşısına gəlir və qəribə hisslər keçirirəm. Ən böyük arzum qələbə qazanıb himnimizin səslənməsinə nail olmaq idi. Azərbaycan xalqının Ukraynaya verdiyi dəstək bizim üçün çox önəmlidir. Ukraynaya indi çox ağırdır, çox”, – ukraynalı Oksana Kovalçuk deyib.

Bu gün Ukrayna komandası növbəti medalını 50 metr məsafəyə tüfəngdən atəş üzrə qarışıq komanda yarışında qazanıb: hindistanlılara uduzan Ukrayna komandası gümüş medala sahib olub.

Yarışlar davam edir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir