Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır
DÜNYA
18:07 27.11.2021
469
Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammının aşkar edilməsindən sonra Avropa, Amerika və Asiyada bir çox ölkələr sərhədlərdə məhdudiyyətlərlə bağlı qərar qəbul edir.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən ştamm mövcud peyvəndlərə qarşı dayanıqlı ola bilər. Bu isə Avropa və Asiyada yeni dalğa təhlükəsinə səbəb ola bilər.

Artıq Böyük Britaniya Cənubi Afrika ölkələrindən uçuşları məhdudlaşdırır. Sözügedən regiondan ölkəyə qayıdan britaniyalılar isə karantin müddətini keçməli olacaqlar. Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də Aİ-nin də CAR və ona qonşu ölkələrlə uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR