Dünya ordularında sosial şəbəkə qadağası varmı?

Dünya ordularında sosial şəbəkə qadağası varmı?
DÜNYA
13:13 30.05.2024
165
Sosial medianın yayılması ilə dünya hökumətlərinin sosial media platformalarından istifadəyə qoyduğu məhdudiyyətlər mübahisələr yaradır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanın bəzi ölkələrində ordular təhlükəsizlik məqsədilə hərbi qulluqçulara sosial media məhdudiyyətləri qoyur. 

Bəs hansı ölkələrdə sosial media qadağası var?

ABŞ Müdafiə Nazirliyi Pentaqon son illərdə "TikTok”a bəzi qadağalar elan edib. Hərbi heyətin hökumət kompüter sistemlərində "TikTok”a daxil olmasını qadağan edən Co Bayden administrasiyası, sosial mediada paylaşılan məlumatların Çin tərəfindən ABŞ-nin təhlükəsizliyini təhdid etmək üçün istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib. Pentaqon bəyan edib ki, hökumətlə müqavilə bağlanmış qurumları da əhatə edən qadağa milli təhlükəsizliyi qorumaq üçün zəruridir. ABŞ əsgərləri də ümumi sosial mediadan istifadə ilə bağlı ciddi qaydalara tabedirlər.

2,5 ildir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya 2019-cu ildə hərbi qulluqçularının sosial şəbəkələrdə video və foto yayımlamasına qadağa qoyub. Bəzi sosial media paylaşımlarının orduda təhlükəsizlik zəifliyi yaratdığına dair tənqidlərdən sonra Rusiya parlamenti hərbi xidmətdə olan əsgərlərin sosial mediada şəxsi məlumatları, foto və videoları dərc etməsinə qadağa qoyub. Əsgərlərin internetə qoşulmasını da məhdudlaşdıran qərar ordu heyətinin ordu haqqında məlumat paylaşmasını və mediaya çıxışını da məhdudlaşdırır.

1,4 milyon nəfərlə Çindən sonra dünyanın ən böyük ordusu olan Hindistan ordusu 2020-ci ildə hərbi heyətə "Facebook”, "Instagram” və digər 87 paylaşım tətbiqini silməyi əmr edib.

Bəzi əsgərlərin iştirak etdiyi təhlükəsizlik pozuntularında, heyətin Hindistanla bağlı həssas məlumatları paylaşdığı xəbərləri ordunu həyəcan vəziyyətinə salıb. Qadağan edilmiş platformalar arasında Çində yerləşən 59 proqram var.

Qərb sosial media tətbiqləri əvəzinə öz platformalarına sahib olan Çində Dövlət Təhlükəsizlik Nazirliyi bu yaxınlarda sosial mediada təsir göstərənlərə hərbi məlumatları və məxfi məlumatları paylaşmamaq barədə xəbərdarlıq etmişdi. 

Çin hökuməti bu cür yazıların milli təhlükəsizlik qanunu baxımından cinayət təşkil edə biləcəyini və xüsusilə Tayvanla bağlı yazıların Qərb tərəfindən zərərli məqsədlər üçün istifadə oluna biləcəyini bəyan etmişdi.

Böyük Britaniyada əsgərlərə tez-tez xəbərdarlıq edilir ki, sosial mediada cinayətkarların və terrorçuların xeyrinə ola biləcək məlumatları paylaşmasınlar.

Ayşən
OXŞAR XƏBƏRLƏR