Dünya şöhrətli aktyor, hər kəsin gözü önündə altını batırmasının səbəbini açıqladı

MARAQLI
15:23 20.08.2011
1792

Məlum olub ki, onun sərnişinlərin gözü qabağında belə hərəkət etməsinə prostatında problemin olması səbəb olub Jerar Depardye "Europe 1" radiosuna açıqlamasında bildirib ki, stüardessa ona tualetə girməyə icazə vermədiyinə görə əvvəlcə ehtiyacını su şüşəsinə etməyə çalışıb. Ancaq şüşə dolaraq daşıb. Aktyorla birlikdə təyyarədə olan həmkarı Eduard Bayer dostunun dediklərini təsdiqləyib və bildirib ki. sənətçi hadisədən sonra sərnişinlərin üzr istəyib. Xatırlafaq ki. hadisə "CityJet" şirkətinin təyyarəsində baş verib. Təyyarə havaya qalxan zaman Depardye tualetə çıxmaq istəyib, amma stüardessa təhlükəsizliklə bağlı ondan 15 dəqiqə gözləməyi xahiş edib ki, təyarə qalxsın. "Onda o, ayağa qalxdı və öz kiçik ehtiyacını döşəməyə ödədi. Açıqca görünürdü ki, o, sərxoşdur. Stüardessa şoka düşmüşdü",- deyə sərnişinlərdən biri söyləmişdi. Onun sözlərinə görə, sonra aktyor yerinə oturub, amma təyyarə park yerinə qayıdıb. "Frans Press" bildirir ki, "CityJet" şirkətinin daxil olduğu "Air France" korporasiyası Depardye ilə bağlı qalmaqalı təsdiqləyib. "CityJet" şirkətinin təmsilçisi Karen Jillo da hadisəni təsdiqləyib, amma o, hadisəni törədən sərnişinin adını açıqlamayıb. "Biz sərnişinin kim olduğunu demirik. O, polisə verilib, polislə əlaqə saxlayın ", - deyə o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR