Dünya şöhrətli aktyor vəfat etdi

Dünya şöhrətli aktyor vəfat etdi
DÜNYA
11:43 23.05.2023
256
Müharibə və döyüş filmlərində rol alan usta aktyor Rey Stivenson xəstələnərək dünyasını dəyişib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 4 gündən sonra 59 yaşı tamam olacaq aktyorun ölüm səbəbi açıqlanmayıb.

"Roma”, "Vikinqlər” və "Dexter” kimi mühüm seriallarda rol alan aktyor Rey Stivenson İtaliyanın İskia adasında "Cassino in Ischia” adlı döyüş filminin çəkilişləri zamanı xəstələnib. Xəstəxanaya aparılan aktyoru müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Aktyorun qəfil ölümü bütün pərəstişkarlarını, xüsusən də ailəsini şoka salıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR