Dünya şöhrətli falçıdan prezidentlərə bəd xəbər: “Daha iki prezident xərçəng xəstəliyinə tutulacaq”

MARAQLI
11:25 05.01.2012
1775

Antonio Vaskes Alba: "Bu il Latın Amerikada daha iki dövlət başçısı xərçəng xəstəliyinə tutulacaq"

Meksikanın məşhur falçısı 2012-ci ildə Cənubi Amerika ölkələrinin dövlət başçılarının səhhəti ilə bağlı proqnozlarını verib. Antonio Vaskes Alba deyib ki, Latın Amerikasının iki liderində onkoloji problemlər yaranacaq, dövlət başçıları xərçəng xəstəliyinə tutulacaq. Qeyd edək ki, son vaxtlar Braziliya (əvvəlki və hazırkı), Paraqvay və Venesuela prezidentlərində xərçəng xəstəliyi aşkar edilib. “Bu il daha iki prezident cadu sayəsində xərçəngə tutulacaq. Digər dövlət başçıları da bu yolla ölümcül xəstəliyə düçar olub”, - deyə Vaskes illik mətbuat konfransında bildirib.

OXŞAR XƏBƏRLƏR