Dünya üzrə ÜDM-də turizmin payı bir ilə iki dəfə azaldı

Dünya üzrə ÜDM-də turizmin payı bir ilə iki dəfə azaldı
DÜNYA
10:14 25.04.2021
436
Ötən ildə turizm sferasında təxminən 62 milyon və ya 18,5% iş yeri ixtisar edilib.

AZXEBER.COM Dünya Turizm və Səyahət Şurasının (WTTC) "Oxford Economics” ilə birlikdə hazırlanan hesabatına istinadən xəbər verir ki, turizm sənayesinin dünya ÜDM-inə töhfəsi 2019-cu ildə 10,4% təşkil etmişdisə, 2020-ci ildə bu göstərici koronavirus pandemiyası səbəbi ilə 5,5%-ə enib.

Hesabat 185 ölkədə və dünyanın 25 coğrafi və ya iqtisadi regionundan pandemiyanın turizmə təsirini əhatə edir.

"2019-cu ildə turizmin qlobal iqtisadiyyata verdiyi töhfə 10,4% və ya 9,2 trilyon ABŞ dolları idi. 2020-ci ildə sektor təxminən 4,5 trilyon ABŞ dolları itirdi, onun qlobal ÜDM-ə töhfəsi isə 49% azaldı. Eyni zamanda, dünya iqtisadiyyatının ümumi yavaşlaması 3,7% həcmində oldu”, - hesabatda deyilir.

WTTC-nin qeyd edildiyi kimi, pandemiyadan əvvəl beynəlxalq turizm, o cümlədən onun birbaşa və dolayı təsirləri dünyada hər dördüncü yeni iş yerini və bütün iş yerlərinin 10,6%-ni (334 milyon) təşkil edirdi.

"2020-ci ildə turizm sferasında təqribən 62 milyon və ya 18,5% iş yeri səviyyəsində ixtisarlar oldu. İndi bu sahədəkilərin sayı 272 milyon nəfərdir. Daha çox iş yerlərinin itirilməsi təhlükəsi qalmaqdadır, çünki onların bir çoxu dövlət dəstək proqramları tərəfindən dəstəklənir. Beynəlxalq səyahətlərin tam bərpası olmadan onların qorunub saxlanılması ehtimalı azdır”, - WTTC hesabatında vurğulanır.

2019-cu ildə turistlər səyahətləri zamanı 1,7 trilyon ABŞ dolları xərcləyiblər ki, bu da beynəlxalq ixracatın təxminən 7%-ni və xidmət ixracatının 27,4%-ni təşkil edir. WTTC-nin məlumatına görə, 2020-ci ildə turistlərin öz ölkələri üzrə səyahət üçün xərcləri 45%, xarici səyahət xərcləri isə təxminən 70% azalıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”