Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib

Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib
SOSİAL
14:46 07.03.2017
570
Martın 6-da Londonda Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib.

İclasda Azərbaycanın AZƏRTAC, Britaniyanın Press Association, Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA və İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə V Konqresin Bakıda yüksək səviyyədə keçirildiyini bildirdi, buna görə təşkilatçılara minnətdarlığını çatdırdı.

AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə ilə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən V Konqresin nəticələri barədə məlumat verdi.

Təşkilati məsələlərə toxunan A.Aslanov qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkdi. Bildirdi ki, Konqresin BMT və UNESCO tərəfindən tanınması üçün bu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, qeydiyyat ilə bağlı müzakirələr aparılmalıdır. Konqresin 13 il əvvəl qəbul edilən Nizamnaməsində ciddi dəyişikliklər olunmasının vacibliyini vurğulayan məruzəçi Bakı Konqresində Şuranın prezidenti və vitse-prezidenti postlarının yaradıldığını bildirdi, bu məsələnin də Nizamnaməyə əlavə olunmasının əhəmiyyətini diqqətə çatdırdı.

İclasda Aslan Aslanovun təklifi əsasında Nizamnamə üzərində işləmək və təklifləri toplamaq üçün qrup yaradıldı. Bu təkliflər Şuranın növbətiiclaslarında müzakirə ediləcək və Dünya Xəbər Agentliklərinin Sofiyada keçiriləcək VI Konqresində təsdiq olunacaq. Eyni zamanda, AZƏRTAC-ın baş direktorunun təklifləri nəzərə alınaraq Şurada müxtəlif sahələr üzrə komissiyaların yaradılması barədə razılıq əldə olundu.

Şurada BTA agentliyinin baş direktoru, Konqresin baş katibi Maksim Minçev, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Şura prezidentinin müavini, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, FANA-nın baş katibi Fərid Əyyar, EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo çıxış etdilər. İclasda Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq məsələləri, yeniliklərin tətbiqi, mövzular ətrafında müzakirələr aparıldı. Bolqarıstanın BTA agentliyi tərəfindən təşkil ediləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinin 2019-cu ilin iyununda keçirilməsi qərara alındı.

Növbəti Şura iclası bu ilin oktyabrında Sofiyada toplanacaq.
 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı