İrlandiyalı dünya şöhrətli aktyor Kolin Farrell 21 yaşlı fiziki məhdudiyyətli oğlunu xüsusi qayğı mərkəzinə yerləşdirmək qərarına gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktyor oğluna baxmaqda çətinlik çəkdiyini deyib.
O, insanların onu qınamaması üçün açıqlama verib:
"Çətin vəziyyətdir, bəzi valideynlər deyəcəklər ki, öz övladıma baxmıram. Mən fikrilərinizə hörmət edirəm. Ancaq qorxum budur ki, sabah mən anidən infarkt keçirsəm, oğlum Ceymsin anası Kim də avtomobil qəzasıına düşsə, Ceymsə nə olacaq? Ona kim baxacaq? Amma bu mərkəzdə o, dövlətin himayəsindədir və təhlükəsizdir. İndi biz onun hələ sağ və sağlam ikən yanına gedə biləcəyimiz, gedib onu ziyarət edə biləcəyimiz və ara-sıra da çıxıb birlikdə gəzə biləcəyimiz mərkəz tapmışıq. Onu ora yerləşdirəcəyik".
Aysel