Koreyalı repçi Psy bir neçə il bundan qabaq etdiyi antiamerikan çıxışlarına görə ABŞ xalqından üzr istəyibAZXEBER.COM-un Associated Press-ə istinadən verdiyi xəbərə görə, buna səbəb bəzi KİV-lərin repçinin 2004-cü ildə İraqda müharibə başlayanda Amerika qoşunlarının Cənubi Koreyadan çıxarılmasına dəstək verən konsertlərdə iştirak etməsi barədə yaydığı məlumatlar olub. 2004-cü ildə konsertlərin birində Psy “iraqlı əsirlərə və onların qohumlarına işgəncə verən” “yanki”-ləri öldürməyə çağırıb.Musiqiçinin sözlərinə görə, bu çıxışlar müharibəyə olan “dərin emosional” reaksiyanın nəticəsi olub. O, bu çıxışları ilə qəlbini sındırdığı hər kəsdən üzr istədiyini bildirib.Qeyd edək ki, 34 yaşlı repçinin əsl adı Pak Çe Sandır. O, öz karyerasına 2001-ci ildə başlamasına baxmayaraq, bütün dünyada 2012-ci ilin iyulun 15-də çıxan “Gangnam Style” sinqlı ilə məşhurlaşıb. Bu mahnıya çəkilən klip Youtube şəbəkəsində dekabrın 8-nə kimi artıq 904 milyon dəfə izlənilib.