Dünyaca məşhur müğənni Bakıda konsert verəcək

MAQAZİN
09:47 04.03.2013
1621

Dünyaca məşhur menecer-prodüser Marsel Avram ilk dəfə olaraq Bakının qonağı olacaq.

AZXEBER.COM-un məlumatına görə, Marsel Avramın səfərinin məqsədi dünya starlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir.

Onun Bakıya səfərinin təşkilatçılıq işlərini “Səs Organization”un rəhbəri Nahid Emiloğlu həyata keçirir. Səfər müddətində şəxsən Marsel Avramın iştirakı ilə bir sıra görüşlər keçiriləcək.

Eyni zamanda yaxın gələcək üçün nəzərdə tutulan dünya şöhrətli müğənni Beyonsun Bakıda konsertinin təşkili ilə bağlı son yeniliklər ətrafında danışılacaq.

Bakıda olduğu müddətdə Marsel Avramın iştirakı ilə yerli mətbuat nümayəndələri üçün mətbuat konfransının təşkili də nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR