Dünyaca məşhur universitet ifşa olundu: Milyonlarla dollar mənimsəyiblər

Dünyaca məşhur universitet ifşa olundu: Milyonlarla dollar mənimsəyiblər
DÜNYA
11:00 20.06.2024
153
Dünyanın aparıcı universitetlərindən olan Yel Universitetinin yeni qalmaqalı üzə çıxıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Yale Universitetinin Qətər administrasiyasından milyonlarla dollar ianə aldığı və bunun müqabilində çox az məbləğdə ianə verdiyi üzə çıxıb.

Məlumata görə, Yel Universitetinin 2012-ci ildən bu yana Qətərdən 15 milyon dollar maliyyə aldığı və bu rəqəmin yalnız 284 min 668 dollarının qeyd edildiyi bildirilib.

Universitetin bu pulu Qətər rejiminin maraqlarını dəstəkləmək və təsirini artırmaq üçün aldığı təxmin edilir.

ABŞ qanunlarına görə, universitetlər 6 ay ərzində 250 min dollardan çox xarici fondlar və hədiyyələr barədə federal hökumətə hesabat verməlidirlər.

ABŞ və Qətərdəki digər universitetlər arasında da oxşar razılaşmaların olduğu qeyd edilsə də, tərəflər mövzu ilə bağlı açıqlama verməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR