Dünyaca məşhur yazıçı öldü

DÜNYA
14:56 01.08.2012
1623
XX əsrin ikinci yarısında ABŞ ədəbiyyatının klassiki sayılan 86 yaşlı Qor Vidal vəfat edib.
AZXEBER.COM-un ABC-yə istinadən verdiyi xəbərə görə, amerikan ədəbiyyatının ən böyük esseçisinin Los-Ancelesdə dünyasını dəyişməsi xəbərini Vidalın qohumları Twitter-də tvit yazaraq bildiriblər.Yazıçının qohumu Ber Stirsin dediyinə görə, Beverli-Hillzdəki evində tək yaşayan Vidal son vaxtlar pnevmoniya xəstəsi idi.Vidal 1968-ci ildə çap olunmuş "Mayra Brekenric" romanından sonra dünyaca məşhurlaşmışdı.

OXŞAR XƏBƏRLƏR