Braziliyanın ən məşhur sosial media fenomenlərindən biri olan 33 yaşlı Larissa Borxes ötən həftə iki dəfə infarkt keçirərək dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 20-də infarkt keçirən Larissa Borxesin ürəyi müdaxilədən sonra yenidən işə salınıb.
Bir həftə komada olan Larissa Borxesin ürəyi yenidən dayanıb. Larissa 33 yaşında vəfat edib.
Instagram fenomeni Larissa 30 mindən çox izləyicisi ilə onlayn platformada səyahət fotoşəkilləri və sağlamlıq-fitness məzmunu ilə tanınıb. İnfarkt keçirərək komaya düşən Larissa Borxesin ailəsi fenomenin hesabını ələ keçirib və səhhətinin vəziyyəti ilə bağlı məlumat vermək üçün İnstaqramda paylaşım edib.
Qeyd edək ki, fenomen Xəstəxanaya yerləşdirilməzdən cəmi 3 gün əvvəl izləyiciləri tərəfindən "Lari" ləqəbi ilə tanınan Larissa qara palto və kvadrat ətək geyinərək Gramadoda poza verdiyi şəklini paylaşıb.
Gülay