Dünyada bir gündə 11 mindən çox koronaviruslu xəstə ölüb

Dünyada bir gündə 11 mindən çox koronaviruslu xəstə ölüb
DÜNYA
01:13 04.04.2021
496
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 662 mindən çox artıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 662 690 nəfər yeni koronavirusa yoluxub, 11 306 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 129 902 402, ölənlərin isə 2 831 815 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

OXŞAR XƏBƏRLƏR