Dünyanın ən qədim cins şalvarı fantastik qiymətə satılıb.
AZXEBER.COM xəbər verir ki, dünyanın ən qədim cins şalvarı olduğu düşünülən şalvar ABŞ-da keçirilən hərracda 114 min dollara alıcı tapıb.
Ağ iş şalvarları 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidə tapılıb. Önü düyməli cins şalvarın mədənçiyə aid olduğu düşünülür.
Hərrac dekabrın 3-də Nevada ştatının Reno şəhərində keçirilib.
Şalvarın fotosunu təqdim edirik:
Ayşən