Dünyada bir ilk: Köhnə şalvar rekord qiymətə satıldı - FOTO

MARAQLI
01:25 15.12.2022
826

Dünyanın ən qədim cins şalvarı fantastik qiymətə satılıb.

AZXEBER.COM xəbər verir ki, dünyanın ən qədim cins şalvarı olduğu düşünülən şalvar ABŞ-da keçirilən hərracda 114 min dollara alıcı tapıb.

Ağ iş şalvarları 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidə tapılıb. Önü düyməli cins şalvarın mədənçiyə aid olduğu düşünülür. 

Hərrac dekabrın 3-də Nevada ştatının Reno şəhərində keçirilib.

Şalvarın fotosunu təqdim edirik:

Ayşən

 


 

OXŞAR XƏBƏRLƏR