Dünyada bir ilk: Süni intellekt robotu cekpot qazandırdı

Dünyada bir ilk: Süni intellekt robotu cekpot qazandırdı
DÜNYA
14:36 07.04.2023
246
Taylandda bir şəxs süni intellekt robotu "ChatGPT" tərəfindən proqnozlaşdırılan rəqəmlərlə lotereya cekpotunu qazanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "ChatGPT" hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Hətta "ChatGPT" "Google"ni əvəz edə biləcək.

"ChatGPT" yanvar ayında 100 milyon istifadəçi həddini keçib. Gündə təxminən 13 milyon fərdi istifadəçi buranı ziyarət edir.

Patthawikorn Boonrin adlı şəxs "Facebook" hesabında etdiyi paylaşımda "ChatGPT" köməyi ilə lotereya qazanan nömrəni bildiyini iddia edib.

Boonrin öz yazısında "ChatGPT"ə son 10 ildə lotereyada qalib gələn nömrələri verdiyini qeyd edib və ondan növbəti cekpotu vuracaq nömrəni proqnozlaşdırmasını istəyib.
 
"ChatGPT"-nin 57, 27, 29 və 99 rəqəmlərini də təklif etdiyini ifadə edən Boonrin 99 rəqəmi ilə 59 dollar bonus qazandığını deyib.

Qeyd edək ki, Boonrin bildirib ki, "ChatGPT" ona bu kimi hərəkətləri bir daha təkrarlamamağə tövsiyə edib.
 
Mikayıl


OXŞAR XƏBƏRLƏR