Dünyada COVID-19-dan ölənlərin sayı 6 milyonu ötdü

SAĞLAMLIQ
18:10 07.03.2022
338
Pandemiya başlayandan bəri dünyada koronavirusdan ölənlərin sayı 6 milyon nəfəri keçib.

Bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, pandemiyanın başlanğıcından indiyədək 6 000 097 nəfər ölüb, ümumilikdə 446 milyondan çox yoluxma halı qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR