Dünyada ən uzun müddətli koronavirus xəstəsi aşkarlandı

Dünyada ən uzun müddətli koronavirus xəstəsi aşkarlandı
DÜNYA
23:21 01.09.2020
1008
Braziliyada beş ay COVID-19 daşıyıcısı olmuş pasiyent aşkarlanıb.

"Report” xəbər verir ki, bu barədə Rio-de-Janeyro Federal Universitetinin Molekulyar Virusologiya laboratoriyasına istinadən "O Globo” qəzeti yazıb.

Məlumata görə, söhbət qadından gedir. O, 152 gün ərzində koronavirus daşıyıcısı olub.

Qəzet qeyd edib ki, həmin şəxs xəstəliyin simptomlarını hiss etməyib. Lakin mətbu orqanın yazdığına görə, qadın bu müddətdə başqalarını virusa yoluxdura bilər.
OXŞAR XƏBƏRLƏR