İnsanabənzər robotlar insana bənzəyən xüsusiyyətlərə və davranışlara malik olan xüsusiyyəti ilə diqqət çəkir.
AZXEBER.COM xəbər verir ki, belə robotlar çox vaxt forma, hərəkət və bəzən davranış baxımından insanlara bənzəyir.
İlon Maskın Tesla şirkəti də daxil olmaqla Qərb şirkətləri öz insanabənzər robotlarını istehsal etmək üçün yarışarkən, Çin 2025-ci ilə qədər insanabənzər robotların kütləvi istehsalı planlarını dərc edib.
ABŞ-də "Agility Robotics” şirkətinə məxsus dünyanın ilk kütləvi istehsal edilən insanabənzər robot fabriki rəsmi olaraq açılır.
"Agility Robotics” şirkətinin baş direktoru Damion Şelton bildirib ki, şirkət "RoboFab" obyektində tam gücə çatdıqda hər il 10 min insanabənzər robot istehsal etməyi planlaşdırır.
Ayşən