Dünyada ilk! Robot insan köməyi olmadan əməliyyat keçirdi

Dünyada ilk! Robot insan köməyi olmadan əməliyyat keçirdi
MARAQLI
13:38 01.02.2022
605
Dünyada ilk dəfə olaraq robot insan köməyi olmadan əməliyyat keçirib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins Universitetində "Star” adlı robot insan köməyi olmadan 4 donuzun nazik bağırsaq əməliyyatını uğurla həyata keçirib.

Hərəkət diapazonunun və baxış sahəsinin məhdud olmasına baxmayaraq, robotun uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.

ABŞ-ın Con Hopkins Universitetindən Dr. Axel Krieger qeyd edib ki, robot 5 il ərzində insanlar üzərində də əməliyyat apara bilir.

Krieger həmçinin süni intellekt sayəsində robotun planlaşdırma və həyata keçirmə qabiliyyətinə sahib olduğunu bildirib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR