Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.
AZXEBER.COM "Worldometers” portalına istinadən xəbər verir ki, dünyada son sutkada koronavirus (COVID-19) infeksiyasına 371 424 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 849 nəfər vəfat edib.
İndiyədək dünyada ümumilikdə 244 085 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 958 907 nəfərə çatıb. Virusa yoluxan 221 152 718 pasiyentin isə həyatını xilas etmək olub.