Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötüb

SAĞLAMLIQ
23:53 04.01.2022
307

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, 290 959 532 nəfər koronavirusa yoluxub, 5 446 753 nəfər infeksiyadan ölüb.

Gün ərzində yoluxanların sayı 1 276 532 nəfər, ölənlərin sayı isə 4 632 nəfər artıb.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 54 910 550 nəfər. Ondan sonra Hindistan (34 960 261), Braziliya (22 293 228), Böyük Britaniya (13 422) gəlir.

Ölüm halları da ən çox ABŞ-dadır - 819 656 nəfər. İkinci sırada Braziliya (619 133), üçüncü yerdə Hindistan (482 017) qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR