Dünyada oxunma rekordu qıran erotik roman Azərbaycan dilində çap edildi - FOTO

MƏDƏNİYYƏT
15:47 29.03.2013
8951

“Qanun” nəşriyyatı Britaniya yazıçısı Erika Leonard James-in dünyanın 40-a yaxın ölkəsində 70 milyon nüsxəsi satılmış “Bozun əlli çaları” romanını Azərbaycan dilində çap edib. “Bozun əlli çaları” E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Erotik məzmunlu “Bozun əlli çaları” 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.//azadliq.org

OXŞAR XƏBƏRLƏR