Dünyada yeni xəstəlik mutasiya edir: 1000-dən çox uşaq və...

SAĞLAMLIQ
11:39 14.07.2022
675
Ümumdünya Səhiyyə Təşkilatı 1000-dən çox uşağın virusa yoluxduğunu, 22 uşağın öldüyünü açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən yazılı açıqlamada sirli hepatit epidemiyasında son vəziyyətlə bağlı məlumat verilib.

ÜST İngiltərədə ortaya çıxan və bütün dünyaya yayılmağa başlayan mənşəyi bilinməyən hepatit virusunun indiyədək 1000-dən çox uşağa yoluxduğunu açıqlayıb.

İyulun 8-nə kimi 35 ölkədə ümumilikdə 1010 hepatit hadisəsinin təsdiqləndiyi bildirilən açıqlamada 22 uşağın virus səbəbilə öldüyü bildirilib.

Qeyd edək ki, virusun sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomları var.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR