Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun fikirlərinə münasibət bildirib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Mariya Zaxarova Kirill Budanovun Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürəcəyik fikrini tənqid edib. O bu açıqlamanın terror olduğunu vurğulayıb.
M. Zaxarova: "Əgər bu terror deyilsə, nədir? Bəlkə Qərb ölkələri üçün ekstremizm və terrorizm ancaq öz vətəndaşlarının terror aktları zamanı həyatını itirdiyi hallardır? O zaman onlar üçün terror və ekstremizm başqa dövlətlərə qarşı lazımlıdır. Hər kəsə qarşı olunan terror qınanıb, cəzalandırılmalıdır”,-deyə bildirib.
Şəbnəm Zahir