BMT-nin UNESCO təşkilatı dünyada oxuimağı-yazmağı bilməyən insanların sayını bəyan edib.
Hazırda dünyada 793 milyon insan savadsızdlır. Onların əksəriyyəti qadınlardır. Benin, Burkina Faso, Efiopiya, Qambiya, Gana, Haiti, Mali, Niger, Senegal, Syerra Leone vəe Çadda isə yetkinlik yaşına çatmış şəxslərin yarıdan çoxu bisavaddır. UNESCO-nun hesabatında bildirir ki, dünyada məktəb yaşına çatmış 67 milyon uşaq məktəbə, 72 milyon yeniyetmə isə litseylərə gedə bilmirlər. UNESCO-nun baş direktoru İrina Bokova bu problemləri aradan qaldırmaq üçün dünya dövlətlərini daha ciddi səylər göstərməyə çağırıb.
//milli.az