Dünyanı qorxu dolu günlər gözləyir: Altı ay yay fəsli olacaq...

Dünyanı qorxu dolu günlər gözləyir: Altı ay yay fəsli olacaq...
DÜNYA
14:42 04.11.2021
637

Qlobal istiləşmə yaxın gələcəkdə fəsilləri dəyişdirəcək.

AZXEBER.COM xəbər verir ki, alimlər qlobal istiləşmə ilə əlaqədar Şimal yarımkürəsinin orta enliklərində fəsillərin dəyişməyə başladığını, yay aylarının uzandığını, qış aylarının isə qısaldığını bildiriblər.

İqlim dəyişikliyi üzrə hökumətlərarası panelin açıqlamasına görə, qış aylarının 2 aya enəcəyi, yay aylarının isə 6 aya qədər uzanacağı gözlənilir.

Mövzu ilə bağlı araşdırmanın hesabatı alimlər Jiamin Wang və Yuping Guan tərəfindən "Geofizik araşdırma” jurnalında "Qlobal istiləşmə ilə dəyişən dörd fəsil” başlıqlı məqalədə dərc olunub.

Wang və Guan araşdırıblar ki, Şimal Yarımkürəsinin orta enliklərində orta yay uzunluğu 1952-2011-ci illər arasında 78 gündən 95 günə yüksəlib. Qışın uzunluğu isə 76 gündən 73 günə düşüb.

Araşdırmaya görə, yay fəslinin uzanması insanların ekosistemindəki tarazlığı məhv edəcək. Eyni zamanda meşə yanğınlarının müddətinin artmasına və havanın daha çox çirklənməsinə səbəb olacaq. 

Ayşən

OXŞAR XƏBƏRLƏR