Dünyanı təşvişə salan koronavirusun "Delta" variantının əlamətləri nədir? - Necə qorunaq?

SAĞLAMLIQ
16:45 25.06.2021
3002
Koronavirus (COVİD-19) pandemiyasının bütün dünyada tüğyan etdiyi, hazırda isə nisbətən səngidiyi bir vaxtda virusun yeni – Delta variantı (Hindistan ştammı) sürətlə yayılmağa başlayıb.

Delta variant artıq dünyanın 85-dən artıq ölkəsində yayılıb.

Bu ölkələr içərisində qonşu Türkiyə, Gürcüstan kimi ölkələr da var. Türkiyədə isə koronavirusun bu variantına 134 yoluxma faktı qeydə alınınıb. Delta variantına İngiltərə və Rusiya kimi ölkələrdə daha çox rast gəlinir. ABŞ-da isə mütəxəssislər yaxın zamanda hər 5 yoluxma halından 1-ni Delta variantı təşkil edə biləcəyini söyləyirlər.

Bəs koronavirusun Hindistan ştammı nədir və özünü necə göstərir?

AZXEBER.COM məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Delta digər variantlardan bir neçə dəfə daha tez yayılır.

Delta variantının səbəb olduğu (B.1.617.2) ilk sənədləşdirilmiş yoluxma hadisəsinə Hindistanın Maharaştra əyalətində 2020-ci ilin oktyabrında rast gəlinib. Delta variantı o vaxtdan bəri bütün dünyada ciddi şəkildə yayılmaqdadır.

Koronavirusun ilk dəfə Hindistanda kəşf olunan "Delta” variantı digər ştammlardan ağciyər zədələnməsinin sürətli konsolidasiyası ilə fərqlənir.  

"Delta” variantı ağciyər zədələnməsinin sürətli konsolidasiyasına səbəb olur. Yəni indi ciyərlərin funksionallığı 2020-ci ilin əvvəlinə nisbətən daha sürətli azalır.

Koronavirusun əvvəlki simptomları öskürək, qızdırma, qoxu və dadbilmənin itməsi kimi hallar idi. 

Baş ağrısı, boğaz ağrısı və burun axıntısı isə Delta variantına tutulanlar arasında ən çox görülmüş simptomlardır. 

Gənclərdə isə bu daha çox şiddətli ağrılarla müşahidə olunduğu bildirilib. 

Onu da qeyd edək ki, mütəxəssislər dünyanın üçüncü dalğa ilə mübarizə apardığı bir vaxtda dördüncü dalğanın daha tez gələ biləcəyi qənaətindədirlər. 

Hindistan və İngiltərədə yoluxmada artım müşahidə olunur. 

Tədbirlərə başlayan Almaniya Delta variantının səbəb ola biləcəyi növbəti pandemiya dalğasından ehtiyat edir.

Azərbaycanda hələlik "Delta" variantına yoluxma qeydə alınmayıb.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR