Almaniyada doğulan körpələrdən biri dünya tibb tarixinə düşüb. ANS PRESS-in məlumatına görə, Leypsiq şəhərində doğulan qız uşağın çəkisi 6,1 kq olub. Jaslen adlı qız 5 gün öncə doğulub və 57,5 sm boyundadır. O indiyə kimi doğulan ən ağır çəkili uşaq adını qazanıb. Həkimlər uşağın anasının hamiləliyi zamanı gizli şəkər xəstəliyinə yaxalandığını müəyyən ediblər. Adətən hamiləliyin 24-cü həftəsindən sonra başlayan bu xəstəlik körpələrin normadan böyük doğulmasına səbəb olur. Körpənin və anasının vəziyyəti yaxşıdır.
