Dünyanın ən ağır körpəsi - FOTO

MARAQLI
17:31 30.07.2013
1864

Almaniyada doğulan körpələrdən biri dünya tibb tarixinə düşüb. ANS PRESS-in məlumatına görə, Leypsiq şəhərində doğulan qız uşağın çəkisi 6,1 kq olub. Jaslen adlı qız 5 gün öncə doğulub və 57,5 sm boyundadır. O indiyə kimi doğulan ən ağır çəkili uşaq adını qazanıb.  Həkimlər uşağın anasının hamiləliyi zamanı gizli şəkər xəstəliyinə yaxalandığını müəyyən ediblər. Adətən hamiləliyin 24-cü həftəsindən sonra başlayan bu xəstəlik körpələrin normadan böyük doğulmasına səbəb olur.  Körpənin və anasının vəziyyəti yaxşıdır. 

OXŞAR XƏBƏRLƏR