Göbələk formalı qurğu brilliant, zümrüd və ağ qızıldan hazırlanıb
Hər zaman dünyanın ən bahalı, qeyri-adi yeniliklərinə ilk imza atan İsveçrə bu dəfə də ənənəsinə sadiq qalıb. "Shawish" zərgərlik atelyesi 36,9 min dollarlıq fləş kart hazırlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "MagicMushroom" adlandırılan qurğu minitatür göbələk formasında hazırlanıb. USB-port üçün olan birləşdirici qatlanan göbələk papağının altında gizlənir. Dizaynerlər bu formanı Lyuis Kerrollun “Alisa möcüzələr diyarında” kitabından ilhamlanaraq yaradıblar. Fleş kartın bu qədər bahalı olması isə onun xüsusi materiallarla hazırlanması ilə bağlıdır. Belə ki, qurğunun hazırlanmasında 9,18 karat brilliant və 0,6 karat olan zümrüd daşlardan istifadə olunub. Karkası ağ qızıldan hazırlanıb. Fləş kartın tutumu isə 32 Gb təşkil edir.