Dünyanın ən bahalı ikinci stadionu Bakıda olacaq - 710 milyonluq

Dünyanın ən bahalı ikinci stadionu Bakıda olacaq - 710 milyonluq
İDMAN
00:03 17.10.2014
6170

Xəbər vermişdik ki, 2020-ci ildə Avropa çempionatı 13 şəhərdə keçiriləcək. 

AZXEBER.COM publika.az-a istinadən məlumatına görə, həmin şəhərlərin stadionları müxtəlif illərdə və müxtəlif qiymətə inşa edilib. Bu cədvəldə oyunları qəbul edəcək stadionlar dəyərinə görə sıralanıb. Bakıdakı stadion tikinti qiymətinə görə yalnız Londondakı Uemblidən geri qalır. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb. 7 stadion haqda məlumatı təqdim edirik.

1-ci yer “Uembli” stadionu Avro 2020-də yarımfinallar və final oyunlarını qəbul edəcək.

Ölkə: İngiltərə

Şəhər: London

Açılış ili: 2007

Tutumu: 90 652

İnşaat dəyəri: 956 milyon avro

2-ci yer – “Olimpiya” stadionu - 3 qrup oyunu və 1/4 finalın bir oyunu keçiriləcək

Ölkə: Azərbaycan

Şəhər: Bakı

Açılış ili: 2015

Tutumu: 69 870

İnşaat dəyəri: 710 milyon avro

3-cü yer “Zenit-Arena” stadionunda  - 3 qrup oyunu və 1/4 finalın bir oyunu baş tutacaq.

Ölkə: Rusiya

Şəhər: Sankt-Peterburq

Açılış ili: 2016

Tutumu: 61 251

İnşaat dəyəri:  680 milyon avro

4-cü yer “Aviva” stadionu -   3 qrup və 1/8 finalın 1 oyunları keçiriləcək.

Ölkə: İrlandiya

Şəhər: Dublin

Açılış ili: 2010

Tutumu: 51 711

İnşaat dəyəri: 410 milyon avro

5-ci yer – “Alyans-Аrenа” stadionu 3 qrup oyunu və 1/4 finalın bir oyunu baş tutacaq.

Ölkə: Almaniya

Şəhər: Münhen

Açılış ili: 2005

Tutumu: 70 067

İnşaat dəyəri: 340 milyon avro

6-cı yer “Evrostadium” Stadionu 3 qrup və 1/8 finalın 1 oyunları üçün hazırlanır.

Ölkə: Belçika

Şəhər: Brüssel

Açılış ili: 2018

Tutumu: 62 613

İnşaat dəyəri: 314,3 milyon avro

7-ci yer -  “Milli arena” stadionu 3 qrup və 1/8 finalın 1 oyunu üçün nəzərdə tutulub.

Ölkə: Rumıniya

Şəhər: Buxarest

Açılış ili: 2011

Tutumu: 54 851

İnşaat dəyəri: 234,5 milyon avro

OXŞAR XƏBƏRLƏR