Dünyanın ən bahalı toyu - FOTO

DÜNYA
13:51 09.12.2013
4585
İspaniyada 60 milyon avroluq hind toyu baş tutub. 
İspaniyanın Barselona şəhərində baş tutan toy ispanları təəccübləndirməklə yanaşı, bir qədər də etirazına səbəb olub. Dünyanın ən zəngin ailələrindən hesab edilən “Arkelor Mittal” firmasının rəhbəri Lakşmi Mittal 26 yaşındakı bacısı oğluna böyük bir toy mərasimi təşkil edib. Barselonada baş tutan toy nə az, nə çox tam 3 gün davam edib. 
Məsələ ilə əlaqədar olaraq “Arts otel” 3 günlük cütlüyün istifadəsinə verilib. İspanlar isə onların dəyərli məkanlarından hesab edilən “Arts otel”-in pul qarşılığında hindistanlılara kirayə verilməsinə qarşı çıxıblar. İspanların etirazını görən London və Hindistanın ən zəngin iş adamı Mittal mediaya açıqlamasında “pul ilə hər şeyi almaq mümkündür”- deyib. Qeyd edək ki, 63 yaşlı London və Hindistanın ən zəngin iş adamı olan Lakşmi Mittal 31.1 milyard dollarlıq sərvəti ilə dünyanın 6-cı ən zəngin adamı hesab edilir.(axar.az)

OXŞAR XƏBƏRLƏR