Dünyanın ən böyük “iPhone” müəssisəsində koronavirus şoku: 300 min insan...

Dünyanın ən böyük “iPhone” müəssisəsində koronavirus şoku: 300 min insan...
DÜNYA
12:50 28.10.2022
282
Dünyanın ən böyük "iPhone” istehsal müəssisəsində 300 min insan karantinə alınıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu dəfə koronavirus epidemiyası Çindəki ən böyük "iPhone” istehsal müəssisəsinə təsir göstərib.  

Belə ki, Çində "Apple” smartfonlarının istehsal olunduğu ən böyük obyektlərdən biri olan Hnan əyalətindəki fabrikdə Covid-19 yoluxmalarına görə həyata keçirilən epidemiyadan qorunma tədbirləri işçilərin gündəlik həyatını çətinləşdirib. Çində sosial media platformalarında edilən paylaşımlarla Cingcoudakı istehsal müəssisəsində epidemiya tədbirlərinin və hərəkət məhdudiyyətlərinin yaratdığı problemlər gündəmə gəlib.

Covid-19-a yoluxmuş işçilərin yataqxana otaqlarında təcrid olunduğu iddia edilib. Karantində olan işçilər lazımi qida və tibbi xidmətlə təmin edilmədiklərindən şikayətləniblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR