İkinci Dünya Müharibəsindən sonra Berlində kapitalizmin simvoluna çevrilmiş məşhur KaDeWe (Kaufhaus des Westens - Qərbin ticarət mərkəzi) iflas edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində yerləşən dünyanın ən məşhur ticarət mərkəzlərindən biri olan KaDeWe iflas etdiyini açıqlayıb.
İllər boyu böyük gəlirlər gətirən və demək olar ki, həmişə dolu olan Şərqi Almaniyadan fərqli olaraq kapitalizmin, dəbdəbənin və alış-verişin mühüm beşiyi olan Berlinin KaDeWe ilə yanaşı, Münhendəki Oberpollinder və Hamburqdakı Alsterhaus ticarət mərkəzi də iflas edib.
Səbəb kimi göstərilib ki, hər üç yerdə yüksək kirayə qiymətləri artıq əlçatan deyil.
Berlinin Şarlottenburq məhkəməsi bununla bağlı ərizəni artıq təsdiqləyib.
Hazırkı administrasiyanın bütün iflas dövrü ərzində hakimiyyətdə qalacağı açıqlanıb. Signa Group, KaDeWe Group-un 49 faizinə, Thai Central Group isə 50 faizinə sahibdir.
Korona dövrü ilə müqayisədə satışlarını təxminən 25 faiz artıran və 2022-23-cü illərdə təxminən 728 milyon avro dövriyyəyə çatan qrup hələ də iflasdan qaça bilməyib.
KaDeWe Berlin-də 900 nəfər çalışır. Münhen və Hamburqda ümumilikdə 500 işçi çalışır. KaDeWe-nin xilası üçün yeganə ümid Taylandlı tərəfdaşdır.
Qeyd edək ki, bu qrup Avropaya 1 milyard avro sərmayə qoyacağını açıqlayıb. Lakin bunun təfərrüatları hələlik məlum deyil. Bu pulların bir hissəsinin KaDeWe-yə köçürülüb-köçürülməyəcəyi hələ dəqiq deyil.
Mikayıl