Dünyanın ən böyük ulduzu son günlərini yaşayır - FOTOLAR

MARAQLI
12:55 04.02.2013
4166

Qardaşı: “O, hər dəqiqə dünyasını dəyişə bilər”.

Dünya boksunun əfsanəsi Məhəmməd Əli ən yaxın vaxtda dünyasını dəyişə bilər. Boksçunun qardaşıRəhman Əlinin dediyinə görə, qardaşı dünyasını dəyişəndən sonra doğma Luisvill şəhərində, valideynlərinin yanında dəfn olunmağını vəsiyyət edib. Əvvəllər Kassius Marsellus Kley olan, İslamı qəbul edəndən sonra Məhəmməd Əli kimi tanınan sabiq boksçunun durumunun həddən artıq ağır olduğu təsdiqlənib. 71 yaşlı Məhəmməd Əli 1984-cü ildən bəri Parkinson xəstəsidir. 1960-cı ildə gənc və dahi Əli Romada keçirilən Yay Olimpiya Oyunlarında qalib gəldi. 1964-cü ildə Soni Listonu nokauta saldı. Daha sonralar "Əsrin döyüşü", "Cəngəllikdə gurultu", "Manilada triller" oldu. Məhəmməd Əli karyerasını 1980-ci ildə başa vurmuşdu. Dünya tarixinin ən böyük, dahi boksçusu Parkinson xəstəsi olandan sonra aktiv ictmai fəaliyyətlə məşğul idi. 2012-ci ilin dekabr ayında Ümumdünya Boks Şurası Məhəmməd Əlini "Dünya boksunun kralı" adına layiş görmüş, ona tac və brilyant kəmər verilmişdi. "O, huşunu itirməzdən əvvəl əlimi tutdu və dedi: "Əla! Bacardığım hər şeyə nail oldum. Ağlama, ağrımıram". Sonsuzluq sözünün nə olduğunu bilirsinizmi? Məhəmməd Əli sonsuzluqdur. İnsanlar onun adını həmişə xatırlayacaqlar. Heç şübhəm yoxdur ki, qardaşım cənnətə yollanacaq. O, həyatım boyu gördüyüm ən yaxşı insandır. Onun sağ olmasını istəyirəm. Çox istəyirəm. Amma hər şey Allahın əlindədir. Allaha yalvarır, dua edirəm", - Məhəmməd Əlinin qardaşı Rəhman Əli deyib. Daha sonra Rəhman qardaşının arvadı Lonnini sərt tənqid edib. "Məhəmmədin arvadı Lonni xəstəlikdən də betərdir. Məhəmməd varidatının bir qismini qohumlarına, yerdə qalanını xeyriyyə fonduna verəcəyini deyirdi. Arvadı buna mane oldu. Qardaşıma baş çəkməyi də bizə qadağan edib. Qardaşım bizim necə yaşadığımızı görsəydi, çox hirslənərdi. Uşaqlarının başına gələnləri görsəydi, arvadını boşayar, ya da dəli olardı", - Rəhman Əli söyləyib. Rəhman Əli daha sonra bildirib ki, qardaşı məzarının sinədaşında Martin Lüter Kinqdən iqtibas kimi bu sözlərini yazılmasını vəsiyyət edib: "Həyatım boyu acları yedirməyə, çılpaqları geyindirməyə, bəşəriyyəti sevməyə və ona xidmət etməyə çalışdım". İmza kimi isə "Ən böyük" yazılmalıdır. (Milli.az)

OXŞAR XƏBƏRLƏR