Dünyanın ən varlı klubları məlum olub.
“Mançester Siti” dünyanın ən varlı klubu elan olunub. İngiltərə ikincisi dünyanın idman klubları arasında ən çox məvacib cədvəli olan komandadır. Klub 2012-ci ildə hər bir oyunçuya il ərzində 5,2 milyon funt və ya həftəyə 100,7 min funt ödəyib. İkinci yerdə orta hesabla hər bir oyunçuya verilən məvacibə görə “Los Anceles Dodcers”dir. Burada məvacib il ərzində orta hesabla 4, 86 milyondur. İlk üçlüyü “Real” (Madrid) klubu qapadır: 4,718 milyon funt. 1. “Mançester Siti” 5,2 milyon funt 2. “Los Anceles” – 4.86 3. “Real” – 4,718 4. “Barselona” – 4,69 5. “Nyu-York Yankis” – 4,649 6. “Milan” – 4,251 7. “Leykers” – 4,09 8. “Çelsi” – 4,058 9. “Bavariya” – 4,0 10. “İnter” – 4,0 … 11. “Mançester Yunayted” – 3,92 15. “Arsenal” – 3,66 21. “Liverpul” – 3,35 35. “Yuventus” – 2,96 51. “Tottenhem” – 2,6 56. “Borussiya” Dortmund – 2,36 58. “Roma”– 2,35 61. “Şalke” – 2,3